Azərbaycanda bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edəcək

Bələdiyyə seçkiləri 118 seçki dairəsində keçiriləcək.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 685 bələdiyyə üzrə 118 dairədə səsvermə keçiriləcək: "Bunlardan 7 dairə məcburi köçkün dairələridir. Şübhəsiz ki, növbəti bələdiyyə seçkiləri bütün dairələrdə keçiriləcək”.