- 17:08 | 27.11.2024
- Məhkəmə
"Art Plus Design" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Proktokol Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Samir Nəsibovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu xətaya görə, şirkət üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə