"Butamed Medikal" barəsində inzibati protokol tərtib olundu

"Butamed Medikal" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Aynurə Sadıqovanın icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə MMC üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə