Ağstafa Rayon Mərkəzi Xəstəxanası cərimələnə bilər

Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, xəstəxana barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilib.

İş hakim Natiq Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə