- 22 noy 2024 16:20
- Məhkəmə
Xırdalanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Şəbnəm Mehdizadə
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nurəddin Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 4-də keçiriləcək.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Hüseyn Kazımov qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı həyatı yoldaşı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə