"East Residence" MTK barəsində inzibati protokol tərtib olundu

"East Residence" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci (yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunarsa, MTK on beş min manat miqdarında cərimə edilə bilər.

Şəbnəm Mehdizadə