- 22 noy 2024 21:12
- Dünya
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi sənaye kompleksi və raket istehsalçıları ilə görüş keçirib.
E-huquq.az xəbər verir ki, görüşdə Putin “Oreşnik” orta mənzilli ballistik raketinin sınaqlarının uğurla keçdiyini, sınaqları davam etdirəcəklərini söyləyib.
Onun sözlərinə görə, Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlər var, Rusiya Federasiyası təhlükəsizliyinə təhdidlərdən asılı olaraq, döyüş şəraitində də daxil olmaqla, ən son raketlərin sınaqlarını davam etdirəcək.
O, tərtibatçılara və “Oreşnik”in yaradılmasında iştirak edən bütün kollektivlərə təşəkkür edib, yerli raket elmi məktəbinin böyük potensialının olduğunu vurğulayıb: "Əldə olunan nəticələr və “Oreşnik”in işlənib hazırlanma sürəti qürur və heyranlıq doğurur. “Oreşnik” raketi köhnə sistemlərin modernləşdirilməsi deyil, müasir, ən son inkişafdır. “Oreşnik” kimi sistemlər üzərində işləmək Rusiya üçün həyati əhəmiyyət kəsb edir. “Oreşnik” qrup şəklində tətbiq edildikdə strateji silahla müqayisə oluna bilər".
Putin bir daha “Oreşnik”raketi ilə mübarizə aparacaq silahın olmadığını qeyd edib:"Hazırda dünyada “Oreşnik”in
qarşısını almaq üçün heç bir vasitə yoxdur.
" Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”, - deyə o əlavə edib.
Rusiya prezidenti “Oreşnik”in seriyalı istehsalı ilə bağlı qərarın verildiyini, onun Strateji Raket Qüvvələrinə veriləcəyini də açıqlayıb.
Putin deyib ki, Rusiyada “Oreşnik”ə bənzər bir neçə sistem sınaqdan keçirilir.
***
20:56
Rusiya lideri “Oreşnik” sisteminin yaradıcıları və layihə qurucularının dövlət mükafatlarına namizəd göstəriləcəyini də söyləyib.Rusiya prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirir.