"Çinar-Trans" cərimə oluna bilər

"Çinar-Trans" MMC-yə cərimə protokolu yazılıb.


E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.


İş hakim Vüsal Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunsa, şirkət üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə