- 22 noy 2024 16:11
- Məhkəmə
"Reges Tikinti Materialları" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Proktokol baxılnası üçün Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zülfüqar Əhmədovun sədrliiyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə