- 22 noy 2024 12:10
- Dünya
ABŞ-da uçuş zamanı təyyarənin qapısını açmağa cəhd edən sərnişin kabin heyəti tərəfindən saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə “American Airlines”a məxsus təyyarədə baş verib.
Sərnişin kabin heyəti üzvünə üz tutaraq təcili enməli olduğunu söyləyib və təyyarənin qapısını açmağa çalışıb.
O, daha da aqressivləşib və stüardessaya zərər verib.
Sərnişin qapıya doğru hərəkət edərkən kabin heyəti tərəfindən saxlanılıb. Onun əlləri plastik qandallarla bağlanılıb.
Sözügedən sərnişin təxminən 30 dəqiqə nəzarətdə saxlanılıb.
Təyyarə Dallas-Fort Uort hava limanına eniş etdikdən sonra Federal Təhqiqat Bürosu (FTB) və hava limanının təhlükəsizlik qrupları təyyarəyə daxil olaraq sərnişini saxlayıb.
Nəzarətə alınan şəxsin psixi sağlamlığının yoxlanılması üçün ekspertiza keçirilib.
Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Şəbnəm Mehdizadə