75 yaşlı kişinin başını kəsməkdə ittiham olunan şəxsin məhkəməsi başladı

Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin məhkəməsinin hazırlıq iclası keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqlşdirilib.

Məlum olub ki təqsirləndirilən şəxs daha öncə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunub.

Dövlət ittihamçısı çıxış edərək işin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə müşavirəsi əsasında ilkin baxış iclası 19 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb.

1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib. 

Zahid İsayev saxlanılaraq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu