- 05 noyabr 10:22
- Məhkəmə
Bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıqda təqsirləndirilən Səbinə Əliyeva, Kəmalə Məmmədova və Səbinə Nəsibovanın cinayət işi üzrə məhkəməsi başlayıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçiriləns hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib.
Məlum olub ki, təqsirləndirilən şəxslər Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər. Sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi və təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı təklif irəli sürüb. Hakim müşavirədən qayıtdıqdan sonra işin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edib.
Qeyd edək hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Məhkəmə prosesinin ilkin baxış iclası noyabr ayının 19-na təyin edilib.
Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.
Hər üç qadına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu