- 05 noyabr 11:07
- Hadisə
Yasamal rayonunda evlərin birindən oğurluq olub.
Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 10700 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.