- 21:13 | 01.10.2021
- Məhkəmə
Apellyasiya və Ali Məhkəməyə şikayətlər elektron qaydada göndərilməlidir.
Bu barədə e-huquq.az-a açıqlamasında Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.
Onun sözlərinə görə, bu gündən qüvvəyə minən Mülki Prosessual Məcəlləyə dəyişikliklə əlaqədar olaraq, "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlər yalnız elektron qaydada həyata keçirilməlidir: "Məsələn, Gəncə Apellyasiya Məhkəməsi "Elektron məhkəmə" sisteminə qoşulmayıb. O məhkəmənin qərarlarından kassasiya şikayəti veriləndə kağız formatda veriləcək. Amma Bakı, Sumqayıt, Şəki inzibati ərazilərində "Elektron məhkəmə" sisteminə qoşulmuş məhkəmələrin aktlarından şikayətlər ancaq elekton qaydada veriləcək".