Sevgilisini şantaj etməkdə təqsirləndirilən tiktoker ev dustaqlığına buraxıldı

"Beniz" ləqəbli məşhur tiktoker ev dustaqlığına buraxılıb. 

Bu barədə faktı e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Salman Qasımov təsdiqləyib.

Onun sözlərinə görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. 

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

Orxan Rasifoğlu