- 23:19 | 29.11.2024
- Dünya
İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir gələn həftə Amerika silahlarının İsrailə tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Zamir silahların tədarükü məsələsini Pentaqonun və ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə müzakirə edəcək.