- 17:44 | 29.11.2024
- Dünya
Türkiyənin İstanbul şəhərində bina uçub, 2 fəhlə dağıntılar altında qalıb.
E-huquq.az “TRT Haber” istinadən xəbər verir ki, İstanbulun Güngören adlı ərazisində bir müddət əvvəl boşaldılan binada söküntü işlərinə başlanılıb.
Bu zaman 2 fəhlə dağıntılar altında qalıb.
Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.
Fəhlələrin dağıntılar altından çıxarılması üçün tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə