Mikroavtobusla yük maşını toqquşub: 11 nəfər yaralanıb


  • 18 Sentyabr 16:51

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda uşaq bağçası şagirdlərini daşıyan xidməti mikroavtobus ilə yük maşını toqquşub.

Qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Qəza yerinə təcili yardım və polis qrupları cəlb edilib.

Yaralılar İnegöl Dövlət Xəstəxanasına aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər