- 23:11 | 08.10.2024
- Hadisə
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə vəfat edib
E-huquq.az xəbər verir ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib
Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi.
Allah rəhmət eləsin!