- 14:03 | 09.09.2024
- Dünya
Keniyada internat məktəbində baş verən yanğında 18 şagird ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Keniyanın vitse-prezidenti Riqathi Qaçaqua məlumat verib.
O bildirib ki, yanğın zamanı 70 uşaq hələ də itkin düşüb.
Yanğında xəsarət alan 27 şagird xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Keniyanın Milli Gender və Bərabərlik Komissiyasının yaydığı məlumatda yataqxananın həddindən artıq dolu olduğu və təhlükəsizlik standartlarına cavab vermədiyini bildirilib.
Şəbnəm Mehdizadə