Bu il məzun olmuşdu, faciəvi şəkildə öldü

Azərbaycan Texniki Universitetinin (AzTU) 2024-cü il magistr pilləsi üzrə məzunu Telman Nizamov avtomobil qəzası nəticəsində vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

“AzTU-nun rəhbərliyi və kollektivi Telman Nizamovun vaxtsız vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd olunub.