- 13:35 | 04.03.2024
- Dünya
Qazaxıstanın Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 11.22-də, Almatıdan 31 kilometr cənubda baş verib.
Zəlzələ zamanı əhaliyə xəbərdarlıq siqnalı verilib.
Təbii fəlakət nəticəsində ölənlərin olmadığı bildirilib.
Zəlzələ Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.
Şəbnəm Mehdizadə