Gəncədə yanğın oldu -

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, M.Şeyxzamanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının vətəndaşa məxsus qarajda baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 10 m² olan qarajın içərisinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb.

Yaxınlıqdakı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin binası və digər qarajlar yanğından mühafizə edilib.