- 17:11 | 12.02.2024
- Məhkəmə
Ağdaşda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurlan Musayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.
İş hakim Cavid Sultanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin dekabr ayında Ağdaş şəhərinin mərkəzində, Heydər Əliyev prospektində baş verib. Belə ki, "Mercedes" və "VAZ-2199" markalı minik maşınlarının toqquşması nəticəsində 1988- ci il təvəllüdlü Şahin Məmmədov, 1991- ci il təvəllüdlü Rəmiş Məmmədov, 2000-ci il təvəllüdlü Nicat İsmayılov, 2000-ci il təvəllüdlü Röyal Mirzəyev və 1991-ci il təvəllüdlü Nurlan Musayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. N.Musayevə qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə