Əvvəlki illərdən bağlı qalan 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Ötən il əvvəlki illərdən bağlı qalan 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğda keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib: "Keçən il daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb".