İnşaat şirkəti məhkəməyə verildi

“Nadiroğlu İnşaat” MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi inşaat şirkətinə qarşı vergi məsələləri ilə bağlı tələb irəli sürüb.

İddia Bakı İnzibati Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə