- 18:04 | 20.09.2023
- Siyasət
“Azərbaycan regional sülh gündəliyinə sadiqdir”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycan reinteqrasiya üçün əlindən gələni edəcək: “Azərbaycan həmçinin Ermənistanla əlaqələrin normallaşmasına və sülhə sadiqdir”.