- 23:08 | 15.01.2025
- Dünya
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.
E-huquq.az xəbər verir ki, bu barədə “TASS”a Macarıstan hökumətinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.
“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək”, - Havaşi qeyd edib.