Almaniyada yaşlı əhalinin sayı sürətlə artır

Almaniyada yaşlı əhalinin sayı sürətlə artır. 

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Berlində keçirilən mətbuat konfransı zamanı Almaniyanın ailə, yaşlı, qadın və gənclər naziri Liza Paus tərəfindən təqdim olunan hesabatda yer alıb.

Hesabatda 80 yaşdan yuxarı əhalinin növbəti illərdə daha da artacağı açıqlanıb.

Hazırda 6 milyon nəfər olan 80 yaşdan yuxarı əhalinin 2050-ci ilə qədər 8-10 milyona çatacağı bildirilib.

Sənəddə qayğıya ehtiyacı olacaq insanların sayının 5,7 milyondan artacağı təxminləri də yer alır.

Şəbnəm Mehdizadə