- 00:26 | 10.01.2025
- Dünya
Moskva İrəvanın Avropa İttifaqına qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirir.
E-huquq.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, bunu İrəvanın suveren seçimi adlandırıb.
“Rusiya Federasiyası Ermənistanda Aİ-yə qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Bu, İrəvanın suveren seçimidir”, - deyə Rusiya hökuməti sədrinin müavini vurğulayıb.