- 13:03 | 05.01.2025
- Dünya
Rusiyanın Nijnekamsk, İjevsk və Perm hava limanlarında mülki təyyarələr üçün müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Rosaviyasıyanın mətbuat xidməti bildirib.
Məlumata əsasən, Nijnekamsk (Beqişevo), İjevsk və Perm hava limanlarında mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bildirilibk i, hava limanları "müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir".
Qeyd olunub ki, təyyarənin ekipajları, hava limanı xidmətləri və hava hərəkəti dispetçerləri uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görürlər.