Fransada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verildi

Fransanın daxili işlər naziri Bruno Retayo terror hücumları təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.

E-huquq.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

“Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəni, idman və ya əyləncə tədbirləri zamanı sayıqlığın və təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə çatdırılmasını əmr edirəm”, - nazir qeyd edib.