Qubada avtomobilin vurduğu 83 yaşlı kişi 3 gün sonra ölüb

Qubada avtomobilin vurduğu 83 yaşlı kişi üç gün sonra keçinib.

E-huquq.az xəbər verir ki, dekabrın 23-də 2002-ci il təvəllüdlü Musa Hüseynov idarə etdiyi “VAZ 21 07” markalı avtomobil piyada, 1941-ci il təvəllüdlü Rafiq Məmmədovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, kişi ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.