- 10:59 | 26.12.2024
- Digər
Ötəngünkü təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür.
Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Kalyaninov Aleksandr, həmçinin stüardessa Hökümə Əliyeva da var.
Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.