Türkiyədə əhaliyə sarı və narıncı xəbərdarlıq verilib

Türkiyədə kəskin hava şəraiti ilə əlaqdar əhaliyə ciddi xəbərdarlıq edilib .

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meteorologiya Baş İdarəsi Antalya, Muğla və İsparta şəhərlərində güclü külək əsəcəyi, leysan yağacağı barədə məlumat yayıb.

Sözügedən ərazilərdə əhaliyə narıncı xəbərdarlıq verilib.

Bundan başqa Adana, Bolu, Burdur, Əskişəhər, Hatay, Mersin, Kastamonu, Kayseri, Konya, Kahramanmaraş, Niğde, Karaman, Karabük və Osmaniye şəhərlərində isə əhaliyə sarı xəbərdarlıq verilib.

Bildirilib ki, leysan yağışlar zamanı ehtiyyat tədbiri olaraq nəqliyyatın hərəkətində müvəqqəti fasilələr yaranacaq.

Şəbnəm Mehdizadə