- 22:01 | 25.12.2024
- Siyasət
“Qəzaya uğrayan təyyarə ölkəmizin hava məkanına yerli vaxtla 11:00-da daxil olub, 28 dəqiqə sonra isə hava gəmisi ilə əlaqə itib”.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.
Onun sözlərinə görə, əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.