ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə başsağlığı verdi

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

E-huquq.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması və insanların həlak olması ilə bağlı xəbər bizi dərindən sarsıtdı.

ICESCO adından və şəxsən öz adımdan Zati-alinizə, həlak olanların ailələrinə və o çətin anı yaşamış bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Kədərinizə şərikik və bu faciəvi hadisənin ağrı-acılarını Sizinlə birgə bölüşürük.

Dünyasını dəyişənlərin ruhu şad olsun. Yaralananların tezliklə sağalması üçün dua edirik. Allah həlak olanların ailələrinə və yaxınlarına səbir versin.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm"