- 16:22 | 06.12.2024
- Məhkəmə
Göyçayda tanışını öldürməkdə təqsirləndirilən Səid Bayramlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Günay Aşurovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü Səid Bayramlı aralarında yaranmış mübahisə zamanı tanışı, 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevi kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə