- 16:12 | 06.12.2024
- Məhkəmə
"Bakı Enerji Quraşdırma" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, ASC min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə