Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi cərimə oluna bilər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, İdarə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi il inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, idarə üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə