Bakıda 16 yaşlı qızı motosikletlə vuran sürücünün istintaqı başa çatdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mirpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.


İş hakim Aygün Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mirpaşa Məmmədov yolu keçməyə çalışan Fidan Abbasovanı motosiklet ilə vurmaqda təqsirləndirilir. Piyada aldığı xəsarətdən iflic olub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə