Məhkəmə Əli Kərimli ilə bağlı qərar qəbul etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə son məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib. 

Qərara əsasən, 147.1-ci maddə təqsirli bilinərək, Əli Kərimli 1500 manat cərimə edilsin.

Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Orxan Rasifoğlu