"Dostlar" MTK əmək qanunvericiliyini pozmaqda günahlandırılır

"Dostlar" MTK-ya cərimə protokolu yazılıb.


E-huquq.az xəbər verir ki, MTK barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə MTK iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə