- 16:51 | 29.11.2024
- Məhkəmə
Ləğv prosesində olan "Günay Bank" ASC-yə cərimə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, bank barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Şəhla Süleymanovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şəbnəm Mehdizadə