- 12:45 | 29.11.2024
- Dünya
Türkiyədə bələdiyyə sədrinin müavini barəsində həbs qərarı çıxarılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Esenyurt bələdiyyəsinin sədri Əhməd Özerin müavini Osman Yalçınla bağlı həbs qərarı çıxarılıb.
Sədr müavini terror təşkilatını maliyyələşdirməkdə ittiham olunur.
İstintaq çərçivəsində polis əməkdaşları Beylikdüzü və Esenyurtda əməliyyat keçirib.
Şübhəlinin evində aparılan axtarış zamanı onun mobil telefonu və rəqəmsal materialları ələ keçirilib.
Şübhəlinin axtarışı davam edir.
Şəbnəm Mehdizadə