- 23:46 | 28.11.2024
- Dünya
İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (IDF) Livanda atəşkəsin uğursuz olacağı təqdirdə dövlətinin başlayacağı tammiqyaslı müharibəyə hazır olmağı əmr edib.
E-huquq.az xəbər verir ki, o, bu barədə İsrail televiziyasının 14-cü kanalına müsahibəsində bildirib.
“Mən İsrail ordusuna atəşkəsin pozulacağı təqdirdə Livanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim, əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.