- 12:08 | 28.11.2024
- Sosial
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.