"FAB Boya və Kimya Sənayesi" barəsində inzibati protokol tərtib olundu

"FAB Boya və Kimya Sənayesi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "FAB Boya və Kimya Sənayesi" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə