70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-da həbs edildi - YENİLƏNDİ

Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.


E-huquq.az xəbər verir ki, müəyyən edilib ki, Məmmədov Qəhraman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.


Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.


Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.


***


21:16

İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.


E-huquq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.

İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3 ( Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə külli miqdarda qaçaqmalçılıq), 12.1 341.1 (Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham verilib.

Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.