Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslərin sayı artıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”nda dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Büdcədən maliyyələşən müəssisələr siyahısından aşağıdakı qurumlar çıxarılıb:

-Mərkəzi Qan Bankının Gəncə bölməsi

-Mərkəzi Qan Bankının Şəki bölməsi

-Mərkəzi Qan Bankının Quba bölməsi

-Mərkəzi Qan Bankının Sumqayıt bölməsi

-Mərkəzi Qan Bankının Lənkəran bölməsi

-Mərkəzi Qan Bankının Bərdə bölməsi

-Mərkəzi Qan Bankının Şirvan bölməsi

-Mərkəzi Qan Bankının Mingəçevir bölməsi.

Eyni zamanda qərara əsasən, aşağıdakı publik hüquqi şəxslər yaradılıb.

-Respublika Qan Bankı

-Respublika Qan Bankının Gəncə bölməsi

-Respublika Qan Bankının Şəki bölməsi

-Respublika Qan Bankının Quba bölməsi

-Respublika Qan Bankının Sumqayıt bölməsi

-Respublika Qan Bankının Lənkəran bölməsi

-Respublika Qan Bankının Bərdə bölməsi

-Respublika Qan Bankının Şirvan bölməsi

-Respublika Qan Bankının Mingəçevir bölməsi